“Sabah” Xorvatiya və Polşa klublarına qalib gəldi

13:25 4 May 2019

“Sabah”ın U-12 komandası Xorvatiyada keçirilən “Dalmatinko Cup”da iştirak edir.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan təmsilçisi turnirdə “Hayduk” (Xorvatiya), “Qornik Imotski” (Polşa) və “Olti” (Kosovo) klublarıyla bir qrupda yer alıb.Samir Əbdürəhmanovun yetirmələri artıq turnirdə iki oyun keçirib.

 

Komanda ilk oyununda yerli “Hayduk” (Split) klubuna 1:0 hesabıyla qalib gəlib. Matçda yeganə qola Famil Məmmədli imza atıb.

 

“Sabah” növbəti oyununda Polşanın “Qornik Imotski” klubuyla qarşılaşıb. Qarşılaşma azərbaycanlı futbolçuların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Rəşad Alışov və Babamirzə Mehdiyev vurub.


Digər xəbərlər

Xəbər xətti