MOİK Azərbaycan çempionu oldu

19:02 4 May 2019

Azərbaycanın I diviziondunda XXV tura yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, səfərdə "Qaradağ Lökbatan"a 2 cavabsız qolla qalib gələn MOİK çempionluğunu rəsmiləşdirib. Ordu klubu sona 1 tur qalmış ən yaxın izləyicisi "Sumqayıt-2"ni 3 xal qabaqlayır. Sonuncu - 26-cı turda xallar bərabərləşsə belə, şəxsi oyunlarda rəqibindən üstün olan MOİK zirvədəki yerini qoruyacaq.

 

"Sumqayıt-2” "Zirə-2”-ni 4:2 hesabı ilə məğlub etsə də, çempionluğa olan nəzəri şanslarını da itirib. Lakin ən yaxın izləyicisini 10 xal qabaqlayan sumqayıtlılar 2-ciliyi sığortalayıb.

 

Turun digər görüşlərində isə aşağıdakı nəticələr qeydə alınıb.

 

I divizion

2018/19 mövsümü

II dövrə, XXV tur

 

4 may

Qaradağ Lökbatan - MOİK 0:2

Qollar: Bahadur Həziyev, 9 Orxan Həsənov, 73.

 

Keşlə-2 - Şüvəlan 1:0

Qol: Elmir Rəhimzadə, 58.

 

Zirə-2 - Sumqayıt-2 2:4

Qollar: Müşfiq İlyasov, 61; 75 - Fərid Kərimzadə, 4; 11. Ülvi Əliyev, 9. Emin Zamanov, 41.

 

Turan Tovuz - Səbail-2 2:2

Qollar: İlkin Sadıqov, 65; 73 - Təyyar Məmmədov, 32. Xəlil Bəşirov, 84.

 

Kəpəz - Ağsu 4:1

Qollar: Oqtay Məmmədov, 30; 41. Əli Səmədov, 35. Ümid Əhmədov, 90+3-pen - Ramil Əliyev, 63.

 

Sabah-2 - Qarabağ-2 0:1

Qol: Cavid Bayramov, 88-pen.

 

Zaqatala - Neftçi-2 1:1

Qollar: Ramin Əhmədov, 90+7 - Əlibəy Məmmədli, 73.


Xəbər xətti