Renat Dadaşov qovuldu, komandası isə uduzdu

13:02 6 May 2019

Portuqaliya Sequndasında 32-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının futbolçusu Renat Dadaşovun formasını geyindiyi “Eştoril” evdə “Akademiko Vizeu”ya 1:3 hesabı ilə uduzub.

 

Dadaşov start heyətdə meydana çıxıb. 19 yaşlı forvard 54-cü dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

 

“Eştoril” 51 xalla 4-cü pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti