Mahir soyadını formasından sildi - FOTOFAKT

13:15 6 May 2019

Son günlərdə ailə qalmaqalı ilə gündəmə gələn “Qarabağ”ın futbolçusu Mahir Mədətov müzakirələrə səbəb olacaq daha bir paylaşım edib.

 

Sportarena.az xəbər verir ki, o, “İnstagram”da “Səbail”lə matçda qol vurduqdan sonra çəkilən şəklini yerləşdirib.Fotoda diqqətçəkən maraqlı məqam odur ki, hücumçu formasının üzərində “Madatov” yazılmış hissəni “Mahir”lə əvəz edib.

 

Beləliklə, Mahir “Mədətov” soyadından imtina etməsi ilə bağlı yayılan xəbərləri təsdiq edib.

 

Qeyd edək ki, futbolçunun atası Anar Mədətov oğlunun soyadından imtina etməsi xəbərlərini təkzib etmişdi.



Xəbər xətti