İker Kasilyas evə buraxıldı

00:16 7 May 2019

“Portu”nun qapıçısı İker Kasilyas xəstəxanadan evə buraxılıb.

 

Sportarena.az xəbər verir ki, mayın birində ürəktutma diaqnozu ilə xəstəxanaya yerləşdirilən idmançı əməliyyat olunub. Kasilyas jurnalistlərə müsahibəsində karyerası ilə bağlı bir qərara gəlmədiyini deyib:

 

“Hələlik gələcəklə bağlı qərar qəbul etməmişəm. Əsas odur ki, özümü yaxşı hiss edirəm. İstirahət etmək vaxtıdır. Dincəlməyim nə qədər vaxt çəkəcək, onu bilmirəm. Ola bilər iki həftə, iki ay...”.


Xəbər xətti