Emeqara "Qarabağ"ın yeni müqavilə təklifini qəbul etmədi?

11:03 7 May 2019

"Qarabağ"ın hücumçusu İnnosent Emeqara "blick.ch" saytına açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, Nigeriya əsilli isveçrəli futbolçu Ağdam klubunun yeni müqavilə təklifini qəbul etmədiyini deyib: "Müqaviləm başa çatır. Mənə yeni saziş təklif edildi. Ancaq məni qane etmədi. Baxaq, nə baş verəcək".

 

29 yaşlı hücumçu ötən yay "Qarabağ"a keçmişdi. Emeqara cari mövsüm 14 oyuna 5 qol vurub.


Xəbər xətti