"Qarabağ"la oyundan əvvəl Qurbanovun əli sındı - FOTOFAKT

11:39 7 May 2019

"Səbail”in hücumçusu Ruslan Qurbanovun əlində çat əmələ gəlib.

 

Sportarena.az xəbər verir ki, hadisə Topaz Premyer Liqasının XXVII turunun "Qarabağ”la oyunundan əvvəl baş verib.

 

Bu barədə futbolçu "Facebook" hesabında yazıb: "Qarabağ”la qarşılaşmanın başlanmasına 5 dəqiqə qalmış təsadüfən paltardəyişmə otağında yıxıldım. Buna görə 90 dəqiqə qırıq əllə oynadım. Əlimdə çat var və artıq gips qoyulub. Bütün bunları ona görə yazıram ki, Ramazan ayı gəlib və istənilən vəziyyətdə Allaha minnətdaram. Deməli, hər bir işdə xeyir var və Allah məni sınayır. Hamının Ramazan bayramı mübarək!”

 

Hətta buna görə qarşılaşmadan sonra 28 yaşlı forvardın qoluna gips də qoyulub

 

Qeyd edək ki, Qurbanov debüt mövsümünü keçirdiyi "Səbail"də sona 1 tur qalmış bürünc medalları təmin edib. "Səbail"  "Qarabağ"a 0:4 hesabla məğlub olub və Ağdam klubu ardıcıl 6-cı çempionluğu rəsmiləşdirib.



Digər xəbərlər

Xəbər xətti