Çempionlar Liqası: Salahsız “Liverpul” Messiyə şok yaşatdı - YENİLƏNİB

01:00 8 May 2019

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk cavab görüşü keçirilib.

 

Sportarena.az xəbər verir ki, İngiltərədə təşkil olunan matçda "Liverpul" "Barselona"nı qəbul edib. "Mersisaydlılar" səfərdəki 0:3 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalış;blar. 

 

Amma "Liverpul" oyuna ciddi itkilərlə çıxacaq. Belə ki, zədəli Nabi Keyta, Roberto Firmino və Məhəmməd Salah kataloniyalılara qarşı oynamayacaq. Əzələsində problem olan Adam Lallananın iştirakı isə sual altındadı.

 

Qonaqların heyətində isə yeganə itki ötən həftəsonu "Selta" ilə matçda zədələnmiş Osman Dembeledi. Luis Suares və Filippe Koutinyo sabiq komandalarına qarşı ilk dəfə "Enfild"də çıxış edəcək. 

 

 

Çempionlar Liqası 

Yarımfinal

Cavab oyunu 

 

7 may 

23.00 Liverpul (İngiltərə) - Barselona (İspaniya)  4-0

Qollar: Orici,7,79, Veynaldom,54,56

Baş hakim: Cünyet Çakır (Türkiyə).

Liverpul. "Enfild" stadionu.


Digər xəbərlər

Xəbər xətti