Poçettino tarixi qələbəni şərh etdi: "Oyunçularım qəhrəmandı"

Sportarena.az      9 May 2018, 10:15

"Tottenhem”in çalışdırıcısı Maurisio Poçettino "Ayaks” üzərində 3:2 hesablı səfər qələbəsini şərh edib.

 

Sportarena.az xəbər verir ki, tarixində ilk dəfə Çempionlar Liqasının finalında oynayacaq İngiltərə təmsilçisinin baş məşqçisi belə deyib:

 

"Deməyə söz tapmıram. Əla emosialar yaşadıq. Futbola minnətdaram. Mənim oyunçularım qəhrəmanlardı. Hələ ötən il bunun belə olduğunu demişdim. Oyunun ikinci yarısında komandam möhtəşəm oyun sərgilədi. Kənardan izləmək çox xoş idi. Duyğularımı ifadə etmək üçün söz seçə bilmirəm. Şadam ki, bu komandanın baş məşqçisiyəm. Bütün futbolçularımız qəhrəmandı. Moura isə superqəhrəman oldu. İdmanı və futbolu sevdiyimizi isbatladıq. Bizə inanan hər kəsə minnətdaram”.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin