Emil Balayev zədələndi, komandası yarımfinala yüksəldi

11:03 9 May 2019

Qazaxıstan kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Emil Balayevin çıxış etdiyi "Tobol" səfərdə "Kayrat"a 5:1 hesabı ilə qalib gəlib. Kostanay təmsilçisi qələbə sayəsində yarımfinala yüksəlib.

 

Balayev start heyətdə meydana çıxıb. 25 yaşlı qolkiper aldığı zədəyə görə 40-cı dəqiqədə - komandası hesabda 2:0 öndə olarkən məcburi əvəzlənib.


Digər xəbərlər

Xəbər xətti