Lukas Moura qollarını izləyib, ağladı - VİDEO

17:00 9 May 2019

"Tottenhem"lə Çempionlar Liqasının yarımfinal mərhələsinin "Ayaks"la cavab oyununda vurduğu 3 qolla qələbə qazandıran Lukas Moura görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi sualları cavablandırmazdan öncə vurduğu qolları telefon vasitəsi ilə izləyib və bu zaman göz yaşlarını saxlaya bilməyib.

 

Qeyd edək ki, "Tottenhem" ilk oyunda 0:1 hesabı ilə yenildiyi "Ayaks"la oyunun birinci hissəsində iki qol buraxıb. Lukas Moura ikinci yarıda 3 qol vuraraq komandasını finala çıxarıb.

 

 


Xəbər xətti