Faciəvi şəkildə ölən azərbaycanlı alipinistlərlə bağlı MÜHÜM ADDIM - FOTOLAR

11:07 10 May 2019

2017-ci ildə Tufandağ istiqamətinə doğru yürüşdə itkin düşən və bir neçə ay sonra cəsədləri tapılan alpinistlər Babur Hüseynov, Namin Bünyatzadə və Fəridə Cəbrayılzadənin xatirəsi əbədiləşdirilib.

 

Sportarena.az xəbər verir ki, alpinistlərin adı yazılan lövhə Mahmuddərə ərazisində qayaya vurulub. Lövhədə "Gələnlər keçdi getdi, torpaq qaldı, daş qaldı” sözləri qeyd edilib.Bunu alpinist Babur Hüseynovun qohumu, jurnalist Cəlalə Nəzəroğlu sosial media hesabında yazıb.

 

Qeyd edək ki, alpinistlər 2017-ci ilin dekabr ayında qar uçqununa düşmüş, 2018-ci il mayın 18-də donmuş cəsədləri tapılmışdı.



Xəbər xətti