“Böyük Dəbilqə” turnirinin açılış mərasimi oldu - FOTOLAR

Sportarena.az      10 May 2019 , 17:40

Bu gün Bakıda keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirinin açılış mərasimi baş tutub.

 

Sportarena.az oxu.az-a istinadən xəbər verir ki, Heydər Əliyev adına İdman Sarayında keçirilən açılış mərasimində ilk olaraq Gənclər və idman naziri Azad Rəhimov və Beynəlxalq Cüdo Federasiyasının idman direktoru Vladimir Barta çıxış edib.

 

Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev isə yarışı açıq elan edib: “Heydər Əliyev adına “Böyük Dəbilqə” turnirini açıq elan edirəm. İnanıram ki, turnir yüksək səviyyədə baş tutacaq. Qoy, güclü qalib gəlsin”.

 

Daha sonra Azərbaycan himni və Beynəlxalq Cüdo Federasiyasının yapon dilində olan himni səsləndirilib.Sonda mərasim bədii hissə ilə yekunlaşıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin