"Neftçi" 2018-ci ildə nə qədər pul xərcləyib?

22:05 10 May 2019

Azərbaycanın daha bir klubu maliyyə hesabatını açıqlayıb. 

 

Sportarena.az xəbər verir ki, "Neftçi" 2018-ci il üçün göstəricilərini ictimaiyyətə təqdim edib.Bildirilib ki, "ağ-qaralar"ın ötən il ərzində gəlirləri 11 milyon 205 min 800 manat, xərcləri isə 9 milyon 668 min 800 manat təşkil edib.

 

Hesabatda klubun cari öhdəlikləri 1 milyon 53 min 100 manat, cəmi öhdəlikləri 2 milyon 652 min 100 manat, cəmi kapitalı 12 milyon 603 min 500 manat, cəmi aktivləri isə 15 milyon 255 min 600 manat göstərilib.


Digər xəbərlər

Xəbər xətti