"Qəbələ" "Monako"ya uduzdu

Sportarena.az      11 May 2018, 01:45

“Qəbələ”nin 17 yaşadək futbolçulardan ibarət komandasının iştirak etdiyi “Snaf Mondial Cup”da qrup mərhələsinin oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Fransanın San Nazer şəhərində təşkil olunan yarışda mübarizə aparan 16 komanda 4 qrupda dairəvi sistemlə qüvvəsini sınayıb.

 

A qrupunda çıxış edən “qırmızı-qaralar” üç oyun keçirib. Zaur Hacıyevin baş məşqçisi olduğu U-17 “Monako”ya 0:3, “Anje” (hər ikisi Fransa) və “Benfika”ya (Portuqaliya) eyni – 0:1 hesabı ilə uduzub. 

 

Komanda qrup mərhələsini dördüncü yerdə tamamlayıb. “Qəbələ” 9-16-cı yerlər uğrunda olimpiya sistemi ilə mübarizə aparacaq. “Qırmızı-qaralar”ın buradakı rəqibləri Fransa təmsilçiləri “Tuluza”, “Monako”, “Snaf”, “Brest”, “Vertu”, Serbiyanın “Zvezda” və Meksikanın “Amerika” klubları olacaq.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin