Samir Abasov "Zirə"dəki postu ilə vidalaşır?

12:40 11 May 2019

Premyer Liqanın 28-ci turunun ardından istefa reallaşacaq.

 

Sportarena.az fanat.az-a istinadən xəbər verir ki, "Sabah” – "Zirə” matçından sonra qonaqların çalışdırıcısı Samir Abasov gedişini açıqlamalıdı. Rəhbərlik onunla müqavilə müddətini artırmayacağını məşqçinin özünə deyib.

 

Məşqçi kimi bacarığına deyil, sırf davranışına, futbolçularla problem yaşamasına görə postunu itirəcək Samir bəyin xələfi də tezliklə müəyyən olacaq. Ən real namizəd isə Sənan Qurbanovdu. Amma "Qəbələ”nin baş məşqçisi indi yox, kubokun final matçından sonra postu ilə vidalaşacaq. Nəticədən asılı olmayaraq, rəhbərlik onunla yolları ayırmaqda qərarlıdı.


Xəbər xətti