Libertadores kubokunda kütləvi dava

Sportarena.az      11 May 2018, 14:13

Libertadores kubokunun qrup mərhələsində Argentinanın “Godoy Kruz” və Çilinin “Universidad de Koncepcion” komandaları arasında keçirilmiş oyun kütləvi dava ilə yekunlaşıb.

 

Sportarena.az xəbər verir ki, buna səbəb baş hakim Vilton Sampayonın iki qırmızı vərəqə göstərməsi olub. O, meydan sahiblərindən Fabian Enrikesi, qonaq komandadan isə Patrisio Rubionu meydandan qovub.

 

“Godoy Kruz” 1:0 hesabı ilə qalib gələrək, qrup ikincisi kimi pley-off mərhələsinə yüksəlib. “Universidad de Koncepcion” isə qrup sonuncusu olub.

 

Qeyd edək ki, bu ildən final bir oyundan ibarət olacaq və əvvəldən müəyyənləşdirilmiş stadionda keçiriləcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin