“Qəbələ” Futbol Akademiyası seçim elan etdi

Sportarena.az      11 May 2018, 14:51

"Qəbələ” Futbol Akademiyası aşağı yaş qruplarına yay seçimləri elan edir.

 

Seçimlər Qəbələ şəhər stadionunda mayın 25-də  2002-2010-cu il təvəllüdlü futbolçular arasında keçiriləcək.

 

Seçimlərdə iştirak etmək istəyən futbolçular qeydiyyatdan keçmək üçün aşağıda göstərilən əlaqə nömrəsinə və ya email ünvanına adını, soyadını və doğum tarixini göndərməli, seçimlərə gələrkən şəhadətnamə və ya şəxsiyyət vəsiqələrinin surətini gətirməlidirlər.

 

Tel: 050 290 00 63, 055 511 39 65

Email: [email protected] 

Seçim tarixi:

Qəbələ Şəhər Stadionu

25 may – 2002, 2003, 2004, 2005, 2006, 2007, 2008, 2009, 2010-cu il təvəllüdlü futbolçular

 

Seçimlər saat 09:30-da başlayacaq. Xatırladaq ki, ilkin seçim mərhələsində göstərilən təvəllüdlərə uyğun istənilən şəxs iştirak edə bilər.

 

Əgər sən də özündə futbolçu istedadı hiss edirsənsə, seçimlərə qatıl. Qələbəyə “Qəbələ” ilə addımla!!!

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin