"Qəbələ" Fransada ilk qələbəsini qazandı

17:00 12 May 2019

“Qəbələ”nin 17 yaşadək futbolçulardan ibarət komandası Fransada təşkil olunan “Snaf Mondial Cup”da növbəti oyunlarını keçirib.

 

Sportarena.az xəbər verir ki, “qırmızı-qaralar” 9-16-cı yerlər uğrunda mübarizədə iki matça çıxıb. Zaur Hacıyevin baş məşqçisi olduğu komanda öncə Fransanın “Brest” klubu ilə görüşüb. “Qəbələ” Samir Məhərrəmlinin vurduğu qolla meydandan qalib ayrılıb – 1:0.

 

Bu qələbədən sonra 9-12-ci yerlər uğrunda çıxışını davam etdirən komanda Fransanın digər klubu “Tuluza” ilə görüşüb. 1:1 hesabı ilə başa çatan matçda “qırmızı-qaralar”ın qoluna Samir Məhərrəmli imza atıb. Görüşün qalibi isə penaltilərlə müəyyənləşib. 3:2 hesabı ilə qələbə qazanan “Qəbələ” 9-cu yer uğrunda oynamaq imkanı əldə edib. Azərbaycan təmsilçisi bu gün keçiriləcək son görüşündə “Monako” ilə qarşılaşacaq.

 

Xatırladaq ki, San Nazer şəhərində təşkil olunan yarışa A qrupunda başlayan “Qəbələ” bu mərhələdə “Monako”ya 0:3, “Anje” (hər ikisi Fransa) və “Benfika”ya (Portuqaliya) eyni – 0:1 hesabı ilə uduzub.


Digər xəbərlər

Xəbər xətti