"Mxitaryanı Bakıda oynatmaq istəyirik" - "Arsenal"ın baş məşqçisi

12:40 13 May 2019

"Bütün futbolçularımızın Bakıda ixtiyarımızda olması üçün əlimizdən gələni edəcəyik. Mxitaryanı oynatmaqistəyirik. O, "Bernli” ilə görüşdə xoş təsir bağışladı”.
 

Sportarena.az xəbər verir ki, bu sözləri "Arsenal"ın baş məşqçisi Unay Emeri deyib.İspaniyalı mütəxəssis Avropa Liqasının Bakıda keçiriləcək final matçında erməni Henrik Mxitaryanında xidmətindən yararlanmaq istəyir:"Bu, siyasi məsələ olduğundan, həllinin necə mümkün olacağını deyə bilmərəm. Əlimdə deyil və vəziyyəti tam başa düşmürəm. Problem iki ölkə arasındadır. Biz əlimizdən gələni edəcəyik. Sadəcə, tək problem bu deyil".

 

Emeri final oyununun Bakıda keçilməsinə də münasibət bildirib. Məsələyə müsbət yanaşmayan 48 yaşlı mütəxəssisuzun səfərin çətinliyini qeyd edib: "İngiltərəyə yaxın ölkələrdən birində oynamağa üstünlük verərdim. Finalda iki ingilis klubu oynayır. Görüş yaxında olsaydı, hər iki klubun daha çox azarkeşi olardı".

 

Xatırladaq ki,mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək finalda"Arsenal"la "Çelsi" qarşılaşacaq.


Digər xəbərlər

Xəbər xətti