"Qarabağ" dövrəni itkisiz başa vurdu

Sportarena.az      13 May 2018, 13:44

Azərbaycan Premyer Liqasının başa çatan 2018/2019 mövsümünün sonuncu – 4-cü dövrəsinin ən yaxşısı “Qarabağ” olub. 



Sportarena.az PFL-in saytına istinadən xəbər verir ki, ardıcıl 6-cı, ümumilikdə 7-ci dəfə Azərbaycan çempionu adını qazanan Ağdam təmsilçisi sonuncu dövrənin bütün oyunlarında qələbə qazanıb. 7 turluq bölümdə xal itirməyən ağdamlılar hamıdan çox – 24 qol vurub, ən az – 3 top buraxıb. “Neftçi” dövrənin ikincisi, “Sumqayıt” isə üçüncüsü olub. “Keşlə” isə son 7 turun ən zəif komandasıdır.

 

Qeyd edək ki, dövrənin 28 matçında 89 qol vurulub. Orta məhsuldarlıq 3,18-ə bərabər olub.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin