"Qarabağ"ın sabiq futbolçusundan rekord müqavilə

17:13 15 May 2019

"Qarabağ"ın sabiq futbolçusu Dino Ndlovu karyerasını Çində davam etdirməyə qərar verib.

 

Sportarena.az xəbər verir ki, 29 yaşlı forvard çıxış etdiyi I Divizion təmsilsi "Hançjou Qrintaun"la müqavilə müddətini 2 il uzadıb. Ndlovunun məvacibi açıqlanmayıb. Xəbərdə Dinonun dünyada ən yüksək ödənişli cənubi afrikalı futbolçulardan biri olduğu vurğulanıb.

 

Ndlovu 2018-ci ilin qış transfer dönəmində "Hançjou Qrintaun"a keçmişdi. O, Çin klubunda 32 oyuna 25 qol vurub.


Xəbər xətti