"Roma"nın yeni baş məşqçisi müəyyənləşdi

13:12 17 May 2019

"Atlalanta"nın baş məşqçisi Can Pyero Qasperini mövsümün sonunda "Roma"nın sükanı arxasına keçə bilər.

 

Sportarena.az xəbər verir ki, 61 yaşlı mütəxəssis paytaxt klubunu çalışdırmağa razılıq verib. İtaliyalı çalışdırıcı ilə 3 illik müqavilə bağlanacağı gözlənilir. Onun illik gəliri, bonuslarla birlikdə, 2.5 milyon avro olacaq.

 

Qeyd edək ki, "Roma"nın hazırkı baş məşqçisi Klaudio Ranyerinin müqaviləsi mövsümün sonunda başa çatacaq.


Xəbər xətti