"Qəbələ" Gürcüstanda daha 2 qələbə qazandı

Sportarena.az      17 May 2018, 13:57

"Qəbələ” futbol akademiyasının U-15 və U-13 komandaları Tiflis "Dinamo"su ilə yoldaşlıq görüşlərini başa vurub və Vətənə qayıdıb.

 

Sportarena.az xəbər verir ki, ilk matçda 1:2 hesabı ilə məğlub olan U-15 cavab oyununda iki cavabsız qolla qələbə qazanıb. Fərid Kələntərov və Sərxan Mirzəzadə rəqib qapısına yol tapıblar. U-13 də eyni hesabla qalib gəlib. Qollara Cuma Hüseynov və Həsən Nəzərli imza atıblar. Komanda əvvəlki oyunda da "Dinamo"nu məğlub etmişdi - 3:2.

 

Qeyd edək ki, "Qəbələ" və "Dinamo" arasındakı qarşılıqlı razılığa əsasən, mövsümdə bir dəfə hər klub digərinin iki komandasını bazasında qonaq edir və müştərək toplanış keçir.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin