“Yuventus” Alleqrini istefaya göndərdi

15:50 17 May 2019

"Yuventus" baş məşqçisi Massimiliano Alleqri ilə yolları ayırıb.

 

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssis sabah mətbuat konfransı keçirəcək və ayrılığı ilə bağlı açıqlama verəcək.

 

Qeyd edək ki, Alleqri 2014-cü ildən Turin klubunu çalışdırırdı. “Yuventus” onun rəhbərliyi altında 4 dəfə İtaliya çempionu olub və eyni sayda ölkə kubokunu qazanıb.


Digər xəbərlər

Xəbər xətti