Bakı möhtəşəm final ərəfəsində: Paytaxtımız hansı rəngə boyanacaq? - VİDEO

14:00 20 May 2019

Mayın 29-da Bakıda UEFA Avropa Liqasının finalı keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, finalda iki İngiltərə – London klubu üz-üzə gələcək. Bir sözlə, Bakıda “Arsenal” və “Çelsi”nin ifasında London derbisi izləmək şansı əldə edəcəyik.

 

Oyuna maraq çox böyükdür. Azarkeşlər artıq indidən komandalarını dəstəkləmək üçün hazırlıqlar görürlər.Bu matça Azərbaycanda fəaliyyət göstərən iki klubun fanklubları da ciddi hazırlaşır. “Arsenal” azarkeşləri təkcə London deyil, Bakının da qırmızı rəngə boyanacağına əmindirlər. 

 

“Çelsi” azarkeşləri isə əksinə fikirləşirlər - “London yalnız göydür”.

 

Baku TV-nin əməkdaşları “Arsenal” və “Çelsi”nin Bakı fanklublarının üzvləri ilə görüşüb, onlarla bağlı reportaj hazırlayıb.

 

 


Digər xəbərlər

Xəbər xətti