Gürcüstanda 11 futbolçu danışılmış oyunlara görə həbs olunub

Sportarena.az      21 May 2018, 10:15

Gürcüstanda Dövlət Təhlükəsizlik Xidməti futbol oyunlarının nəticəsinin manipulyasiyası şübhəsi ilə 11 nəfəri həbs edib.

 

Sportarena.az xəbər verir ki, danışılmış oyunların təşkilatçısı olmaqda ittiham edilənlərdən 8-i hazırda futbolçu karyerasını davam etdirir, 3-ü isə karyerasını başa vurub.İstintaq mütəşəkkil cinayətkar qrup üzvlərinin futbol klubları və oyunçularla əlaqə qurduğunu, müəyyən miqdar qarşılığında matçların nəticələrinin əvvəlcədən razılaşdırdıqlarını təsbit edib.

 

Təhlükəsizlik xidmətinin məlumatına əsasən, "satılan oyunlar" üçün qrup üzvləri 93.5 min lari (təxminən 34 min dollar) alıb. Tutulan şəxslərə 4 ildən 7 ilə qədər həbs cəzası verilə bilər.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin