Türkiyəli idmançı 3-cü mərtəbədən düşdü - Vəziyyəti ağırdır

10:26 21 May 2019

Türkiyə millisinin reqbi oyunçusu Jansin Turqut 3-cü mərtəbədən düşüb.

 

Sportarena.az xəbər verir ki, hadisə İbiza hava limanının avtodayanacağında baş verib. 23 yaşlı idmançı 3-cü mərtəbədən yerə çırpılıb. Hazırda reanimasiyada olan Turqutun vəziyyəti ağırdır.

 

Onun intihar etməsi ilə bağlı şübhələr var. Polis araşdırma aparır.


Digər xəbərlər

Xəbər xətti