"Qarabağ"ın sabiq futbolçusu klubsuz qaldı

11:31 21 May 2019

“Qarabağ”ın sabiq futbolçusu Leroy Corc Birləşmiş Ərəb Əmirliklərinin "Baniyas" klubundan ayrılıb.

 

Sportarena.az xəbər verir ki, Surinam əsilli hollandiyalı futbolçunun başa çatan müqaviləsi uzadılmayıb. 32 yaşlı vinger azad agent statusuna yiyələnib.

 

Leroy Corc 2013-2015-ci illərdə “Qarabağ”da çıxış edib. O, Ağdam klubunda 2 dəfə ölkə çempionu olub, 1 dəfə Azərbaycan kubokunu qazanıb.

 

Leroy "Qarabağ"dan ayrıldıqdan sonra Türkiyənin "Göztəpə", "Adana Dəmirspor", Avstraliyanın "Melburn" klublarında çıxış edib. O, "Baniyas"a ötən yay keçmişdi.


Digər xəbərlər

Xəbər xətti