Sadıq Sadıqov: “Neftçi”də bir daha olmayacam"

Sportarena.az      21 May 2018, 11:48

Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti  Sadıq Sadıqov "Neftçi"yə qayıtmayacaq.

 

Sportarena.az xəbər verir ki, bu barədə o, atv.az-a müsahibəsində deyib. 

 

"Neftçi"nin sabiq prezidenti paytaxt təmsilçisinə nə vaxtı qayıdacağı ilə bağlı sualı belə cavablandırıb: "Təəssüf ki, mən bunu edə bilməyəcəm.“Neftçi”nin səhifəsi mənim həyat kitabımda artıq bağlanıb və keçmişdə qalıb. İndi cüdodayam, cüdomuzun inkişafı və uğuru üçün çalışıram. Sabah harada olacağımı deyə bilmərəm, amma konkret bilirəm ki, “Neftçi”də bir daha olmayacam".

 

S.Sadıqov Bakıda cüdo üzrə mötəbər idman yarışlarına azarkeşlərinin çox maraq göstərməməsi barədə suala  isə belə cavab verib: "Bunun səbəbini mən də tapa bilmirəm. Axı yarışlarımız kifayət qədər reklam da olunur, təşkilatçılıq baxımdan bizə ümumiyyətlə, çatanı yoxdur. Avropa Oyunları, İslam Oyunları, Formula1, müxtəlif idman növlərində  dünya və Avropa çempionatı – hamısını dövlətimiz yüksək səviyyədə keçirib və bunu heç kəs inkar edə bilməz! Elə götürək Bakıdakı "Böyük Dəbilqə"ni, onun təşkilatçılığı heç cüdo üzrə dünya çempionatlarının təşkilindən geri qalmırdı desək, yanılmarıq. Beynalxəlq cüdo federasiyasının prezidenti cənab Vizer belə təşkilatçılığa heyran qaldığını gizlətmədi. Amma yerli azarkeşlərin bu cür yarışlara biganə qalması şəxsən məni də məyus edir. Siz doğru buyurursunuz ki, heç hamının sevdiyi futbolda belə ən maraqlı qarşılaşmaları paytaxtda maksimum 1500 azarkeş izləyir. Misal üçün "Neftçi”- “Qarabağ” oyununu götürsək. Halbuku əvvəlki dövrlərdə “Xəzər Lənkəran”  -“Neftçi”  matçına 15-16 min tamaşaçı gəlirdi bölgə stadionuna, Bakıda isə onların sayı 10 minə çatırdı…".  

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin