“Bakı gözəl şəhərdir” - David Luiz

Sportarena.az      23 May 2018, 11:12

“Bu turnirdə hədəfimiz finala gedib çıxmaq idi. Buna nail olduğumuz üçün xoşbəxtəm. Həlledici oyunda da qalib gəlməyə çalışacağıq”. 

 

Sportarena.az xəbər verir ki, bu sözləri “Çelsi”nin futbolçusu David Luiz deyib. 

 

Avropa Liqası finalı çərçivəsində Bakıda “Arsenal”la qarşılaşacaq “zadəganlar”ın oyunçusu paytaxtımıza gələ bilməyəcək komanda yoldaşlarından da danışıb. Braziliyalı müdafiəçi erməni futbolçu Henrix Mxitaryanla bağlı da fikirlərini bölüşüb: “Futbol siyasət deyil. Verilən qərarlara da hörmətlə yanaşmaq lazımdır. “Qarabağ”a qarşı oynayarkən Bakını gəzmək imkanım oldu. Həqiqətən çox gözəl şəhərdir”.

 

Qeyd edək ki, “Çelsi” – “Arsenal” matçı mayın 29-u saat 23:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin