Kasilyasın xanımı xərçəngə tutuldu

10:30 23 May 2019

Əfsanəvi qapıçı İker Kasilyasın həyat yoldaşı Sara Karbonero ağır xəstəliyə düçar olub.

 

Sportarena.az xəbər verir ki, onda yumurtalıq xərçəngi aşkarlanıb. Kasilyas özü də məlumatı təsdiqləyib: “Təəssüf ki, Sarada yumurtalıq xərçəngi aşkarlandı. Bu bizim üçün ardıcıl ikinci şokdur”.

 

Qeyd edək ki, Kasilyas bir müddət öncə “Portu”nun  məşqində infrakt keçirmişdi. 



Xəbər xətti