Roman Abramoviç “Çelsi”yə dəstək üçün Bakıya gəlir

Sportarena.az      23 May 2018, 11:54

Bakıda keçiriləcək Avropa Liqasının final oyununda “Çelsi”nin sahibi Roman İbrahimoviçin də iştirakı gözlənilir.

 

Sportarena.az xəbər verir ki, bu haqda Qol.az saytına London klubu rəsmilərinə yaxın mənbədən məlumat daxil olub. Rusiyalı iş adamı klub rəhbərliyinə “Arsenal”la Bakıda keçiriləcək oyunu canlı izləyəcəyini deyib. Əgər son anda onun iş qrafikində hər hansı dəyişiklik olmasa, Abramoviç komandasına Bakıda dəstək verəcək.

 

Bu arada o da bəlli olub ki, “Çelsi” Bakıda 5 ulduzlu “Hyatt Park”, “Arsenal” isə "Alov qüllələri"ndə yerləşən “Fairmont” otelində qalacaq.

 

Xatırladaq ki, Avropa Liqasının “Çelsi” – “Arsenal” final oyunu mayın 29-da keçiriləcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin