Keçmiş sevgilisi Maradonanı aeroportda tutdurdu

12:00 23 May 2019

Buenos-Ayres hava limanında hüquq-mühafizə orqanının əməkdaşları əfsanəvi futbolçu Dieqo Maradonanı saxlayıb.

 

Sportarena.az xəbər verir ki, Maradona sağ çiynindən əməliyyat olunmaq üçün Argentinaya yola düşüb. Ancaq o, geri qayıdan zaman hava limanında gözləmədiyi qarşılanma ilə üzləşib. Polis Maradonanı keçmiş sevgilisi Rosio Olivanın şikayəti əsasında tutub.

 

Belə ki, Rosio futbolçudan 6 milyon dollar təzminat tələb edir. Maradonaya məhkəmə təhqiqatlarının başlandığı və ilk dinləmənin iyunun 13-nə təyin edildiyi bildirilib.


Digər xəbərlər

Xəbər xətti