FİFA rəsmən təsdiqlədi - Dünya çempionatında 32 ölkə olacaq

12:45 23 May 2019

 FIFA 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatında neçə komandanın iştirak edəcəyini açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, turnir 32 komandanın iştirakı ilə keçiriləcək.Ali futbol qurumu bir müddət öncə 48 komandalı turniri DÇ-2022-də həyata keçirməyi düşünürdü. Yekun müzakirələrdən sonra DÇ-2022-də 32 komandanın iştirakı təsdiqlənib.
 

FIFA daha öncə açıqladığı kimi, ABŞ, Kanda və Meksikada keçiriləcək DÇ-2026-da 48 ölkənin turnirə qatılacağını bəyan edib.
 

Qeyd edək ki, DÇ-2022 iqlim şəraitinə görə noyabrın 21-də başlayacaq və dekabrın 18-də başa çatacaq.


Digər xəbərlər

Xəbər xətti