İdmançımız ermənini məğlub edib Avropa 3-cüsü oldu

Sportarena.az      23 May 2018, 13:08

 Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Bəxtiyar Abbasov növbəti mükafatını qazanıb.

 

Sportarena.az xəbər verir ki, İspaniyanın Xixon şəhərində keçirilən Avropa çempionatına qatılan idmançımız döyüş sambosunda qüvvəsini sınayıb.

 

82 kq çəki dərəcəsində çıxış edən Bəxtiyar ilk qarşılaşmada ispaniyalı Luis Alteratsı, ardınca Dillon Manninqi məğlubiyyətə uğradaraq yarımfinala yüksəlib. Bu mərhələdə ukraynalı Vladislav Rudniyevə uduzan samboçumuz bürünc medal uğrunda görüşə çıxıb. Ermənistan samboçusu Davit Petrosyanla qarşılaşmada qalib gələn Abbasov Avropa çempionatının bürünc mükafatçısı olub.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin