“Arsenal” və “Çelsi” azarkeşlərinin Bakıda toplaşacağı yer açıqlandı

10:06 24 May 2019

Bizim ingilis xuliqanlarla, asayişi pozmağa çalışan azarkeşlərlə bağlı təlimlərimiz olur. 

 

Sportarena.az xəbər verir ki, bunu oxu.az-a UEFA Avropa Liqasının protokol təhlükəsizliyi üzrə Yerli Təşkilat Komitəsinin rəhbəri Cavid Məmmədli bildirib.O, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək finalda “Arsenal” və “Çelsi” fanatlarının xuliqanlıq edə biləcəyi ilə bağlı fikirləri yaxına buraxmayıb:

 

“Keçirdiyimiz təlimlərdə təhlükəsizlik məsələləri müzakirə edilir. Ona görə də düşünmürük ki, ingilis azarkeşlər oyun günü stadionda hansısa təxribata, qanunsuz əməllərə əl ata bilsinlər”.

 

O daha sonra “Arsenal” və “Çelsi” azarkeşlərinin toplaşma nöqtələrini açıqlayıb:

 

“Çelsi” azarkeşləri Sahil Parkında yığışacaqlar. “Arsenal” azarkeşlərini isə bir qədər aralıda tutacağıq. Onların toplanma yeri Qış Parkı olaraq nəzərdə tutulub. Məhz bu azarkeşlər orada bir araya gələrək stadiona gələcəklər”.

 

Qeyd edək ki, əksər ingilis azarkeşlərin Bakıya oyun günü – mayın 29-da gələcəyi gözlənilir.


Digər xəbərlər

Xəbər xətti