“Sabah” futbolçu seçimi elan etdi

Sportarena.az      24 May 2018, 12:05

"Sabah” Futbol Akademiyasına qəbul üçün seçimlər elan edib. 

 

Sportarena.az xəbər verir ki, paytaxt klubunun sıralarına qoşulmaq istəyən uşaqlar seleksiya məşqlərinə qatıla biləcəklər.

 

"Vətən” Futbol Məktəbində (ünvan: Səttar Bəhlulzadə küçəsi 23 B) baş tutacaq məşqlər iyunun 1-də olacaq. Seçimlər zamanı 2011, 2012, 2013-cü il təvəllüdlü uşaqlar saat 09:00-10:00, 2009-2010-cu il təvəllüdlülər 10:00-11:00, 2007-2008-ci il təvəllüdlü yeniyetmələr isə 11:00-12:00 arası sınaqdan keçəcəklər.

 

Seçimlərdə iştirak edəcək uşaqların özləri ilə şəxsiyyəti təsdiq edən sənəd gətirməsi vacibdi.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin