Azərbaycanlı hakimlərə beynəlxalq təyinat

Sportarena.az      25 May 2018, 10:47

Azərbaycanlı FIFA referiləri beynəlxalq turnirlərə təyinat alıblar. 

 

Sportarena.az xəbər verir ki, Əliyar Ağayevin başçılıq etdiyi hakimlər briqadası mayın 31-dən iyunun 16-dək Fransanın Marsel şəhərində 1997-ci il təvəllüdlü futbolçulardan ibarət milli komandalar arasında təşkil ediləcək beynəlxalq turnirdə iş başında olacaq. 

 

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Turnirdə İngiltərə, Çili, Yaponiya, Portuqaliya, Braziliya, Fransa, Qatar, Quatemala, Bəhreyin, Çin, İrlandiya, Meksika komandaları iştirak edəcəklər.

 

Çimərlik futbolu üzrə FİFA referisi Əli Cəbrayılov isə mayın 29-dan iyunun 10-dək Portuqaliyanın Nazare şəhərində təşkil olunacaq Avropa Qaliblər Kuboku (EURO Winners Challenge 2019) turnirinə təyinat alıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin