Erməni bacı-qardaşın Bakı təəssüratları - “Müasir Bakıdan İçərişəhərə keçəndə....." + VİDEO

15:59 25 May 2019

Azərbaycanda Aerobika gimnastikası üzrə Avropa çempionatında iştirak edəcək erməni əsilli idmançılar, bacı-qardaş olan Qarsevan və Duxik Canazyanlar oyunöncəsi ITV telekanalına açıqlama veriblər.

 

Sportarena.az xəbər verir ki, yarışda Rusiyanı təmsil edəcək idmançılar bildiriblər ki, Bakıda Aerobika Gimnastikası üzrə Avropa çempionatı, o cümlədən, təhlükəsizlik möhtəşəm səviyyədə təşkil olunub.

 

“İdman idmandır, siyasət siyasətdir” şüarını səsləndirən bacı-qardaş burada sadəcə idman atmosferi ilə qarşılaşdıqlarını vurğulayıblar.Bundan başqa, onlar paytaxt Bakını və sakinləri çox bəyəndiklərini deyiblər: “Müasir Bakıdan İçərişəhərə keçəndə özünü sanki başqa bir əsrə düşmüş kimi hiss edirsən”.

 

Qeyd edək ki, Milli Gimnastika Arenasında baş tutacaq yarışa Avropanın 22 ölkəsindən ən güclü aerobika ustaları qatılacaq. 3 gün baş tutacaq yarışda 400 idmançı mübarizə aparacaq. 

 

 


Digər xəbərlər

Xəbər xətti