Dünyanın məşhur futbolçuları Bakıda - FOTOLAR + VİDEO

16:25 25 May 2019

 Dünyanın sabiq məşhur futbolçuları – ingiltərəli Maykl Ouen və italiyalı qapıçı Françesko Toldo Bakıdadır.

 

Sportarena.az xəbər verir ki, onlar bu gündən etibarən Dənizkənarı Bulvarda (əsas giriş: Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının yaxınlığı) təşkil olunmuş Azarkeş Festivalında iştirak edirlər.

 

Yeri gəlmişkən, bu festival UEFA Avropa Liqasının finalının keçiriləcəyi mayın 29-dək fəaliyyət göstərəcək.

 

 



Xəbər xətti