"Mançester Yunayted" xeyriyyə matçında "Bavariya"nı darmadağın etdi - VİDEO

12:55 27 May 2019

Dünən "Mançester Yunayted" və "Bavariya" klubları arasında Çempionlar Liqasında 1998-1999 mövsümünün final oyununun 20 illik yubileyi münasibətilə xeyriyyə matçı keçirilib.
 

Sportarena.az xəbər verir ki, "Old Trafford"da təşkil olunan görüşdə 20 il əvvəlki finalda üz-üzə gələn komandaların əfsanələri meydana çıxıblar. "Mançester Yunayted"in heyətində Kasper Şmeyxel, Qari Nevill, Yaap Stam, Devid Bekhem, Pol Skoulz və Ole-Qunnar Sulşer, "Bavariya"da isə Lotar Mateus, Ze Roberto, İvitsa Oliç, Roy Makaay və Covanni Elber kimi veteran futbolçular forma geyiniblər.
 

Qarşılaşma ingilislərin 5:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Sulşer, Dvayt York, Niki Batt, Lui Saa və Bekhem vurublar.
 

Qeyd edək ki, 20 il əvvəl keçirilən final oyununda da "Mançester Yunayted" qalib gəlmişdi. Sadəcə, həmin vaxt hesab 2:1 olmuşdu.

 

 


Digər xəbərlər

Xəbər xətti