Bakıdakı Avropa Liqasının finalında daha bir ilk yaşanacaq

Sportarena.az      27 May 2018, 15:37

İngiltərənin "Arsenal" və "Çelsi" komandaları arasında Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyununda daha bir ilk yaşanacaq. 

 

Sportarena.az "Report"a istinadən xəbər verir ki, komandaların həlledici matç üçün iştirak ərizələrinə 18 əvəzinə 23 oyunçu daxil ediləcək. Bununla da ehtiyat oyunçular skamyasında 12 futbolçu yer alacaq. 

 

Finalçılardan "Arsenal" mayın 25-də Azərbaycan paytaxtına 24 futbolçu ilə gəlib. Baş məşqçi Unay Emeri final matçında bir oyunçusunun xidmətindən yararlana bilməyəcək. Digər finalçı "Çelsi" isə bu gün axşam saatlarında Bakıda olacaq. 

 

Avropa Liqasının finalında həmçinin ilk dəfə Video-Köməkçi Hakim (VAR) sistemindən də istifadə olunacaq. 

 

Qeyd edək ki, İngiltərənin “Arsenal” və “Çelsi” komandaları arasındakı final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin