UEFA final oyunu üçün Bakını niyə seçdi? - Çeferin açıqladı

Sportarena.az      28 May 2018, 09:43

UEFA prezidenti Aleksandr Çeferin “Der Şpigel” nəşrinə müsahibəsində Avroliqanın final oyununun keçirilməsi üçün niyə Bakının seçdiklərini açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, Çeferin bunu Azərbaycanda yaşayan insanların futbolu sevməsi ilə əlaqələndirib.

 

“Niyə? Çünki orada yaşayan insanlar futbolu sevirlər. Təkcə İngiltərə və Almaniyada deyil, hər yerdə futbolu inkişaf etdirməliyik. Bakıdakı azarkeşlər canlı futbol görmək istəyində haqlı deyillərmi?! Klublar birbaşa biletləri geri qaytarıblar, çünki hamısını sata bilməyiblər. Yeri gəlmişkən, mən asanlıqla uçuşlar üçün aviabiletlərin olduğunu söylədim. Lakin kimsə bu haqda danışmır. Həmişə UEFA günahkar kimi göstərilir. Bu populizmdir. Hər klubun səyahət edən azarkeşlərini dəstəkləmək üçün konstruktiv təklifi, yaxud fondu olur”, - Çeferi bildirib.

 

UEFA prezidenti qeyd edib ki, əlbəttə Bakı Londondan uzaqdır, lakin yeri təyin edərkən, finalda hər iki komandanın İngiltərədən olacağı bilinmirdi.

 

Çeferi erməni əsilli futbolçu Henrix Mxitaryanın təhlükəsizlik bəhanəsi ilə Bakıya gəlməməsinə də toxunub.
 

“Azərbaycan hərtərəfli təhlükəsizlik planı və zəmanət təqdim etdi. Lakin gəlməmək oyunçunun öz qərarı idi”, - deyə UEFA prezidenti vurğulayıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin