Bakı Olimpiya Stadionunda yeni rekord gözlənilir - 100 bilet qalıb

11:23 29 May 2019

Bu gün Bakı Olimpiya Stadionunda "Arsenal" və "Çelsi" komandaları arasında keçiriləcək Avropa Liqasının final oyununda anşlaq olacaq.

 

AFFA-nınMətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Firuz Abdullanın "Report"a verdiyi məlumata görə, hazırda satışda cəmi 100 bilet qalıb. Onların da gün ərzində satılacağı gözlənilir.

 

Bakı Olimpiya Stadionu 68 mintamaşaçı tutumuna malik olsa da, UEFA-nın arenada quraşdırdığı studiyalar üzündən bu say 63 minə enib. Tribunalar tam dolacağı halda, bu, Avropa Liqasının (UEFA Kuboku) final oyunlarıtarixində rekord göstərici olacaq. Əvvəlki rekord göstərici1999-cu ildə Rusiyanın paytaxtıMoskvada İtaliyanın "Parma" və "Latsio" komandaları arasında keçirilmiş finaloyununda qeydə alınıb. 20 il əvvəlki qarşılaşmanı62 min tamaşaçı izləyib.

 

Qeyd edək ki, matç saat 23:00-da başlanacaq.


Digər xəbərlər

Xəbər xətti