“Erməni mətbuatının nə yazdığı məni maraqlandırmır” - Çeferin Bakıda danışdı

Sportarena.az      29 May 2018, 18:49

Bakıda UEFA İcraiyyə Komitəsinin iclası baş tutub.

 

Sportarena.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, iclasdan sonra qitə futbol qurumunun rəhbəri Aleksandr Çeferin jurnalistlərin suallarını cavablandırıb: 

 

- Bu gün baş tutacaq finala Bakı tamamilə hazırdırmı?
- Əlbəttə. İndiki vəziyyətə uyğun olaraq Bakı tamamilə hazırdır. Hər şey yaxşı səviyyədə təşkil edilib. 

- Dünən Bakıda Henrik Mxitaryan formasında azarkeş saxlanılıb. 
- Mən ancaq konfransdan sonra xəbər tutmuşam. Bitdikdən sonra ətraflı məlumat veriləcək.

 

- Londondan Bakıya məsafə uzaqdır. Düşünmürsüz ki, bu azarkeşlər üçün problemdir?
- Məsafə ilə götürsən Bakıdan Dublinə də uzaqdır. Futbolun xəritəsini genişləndirmək lazımdır. Mən belə şeylərə qarşıyam. Futbol üçün məsafə olmamalıdır. 

 

- Ermənistan mətbuatı yazır ki, Mxitaryan Azərbaycanın üzərinə diplomatik hücum elədi. Estafeti erməni deputatlarına ötürüb. Siz bu barədə dəqiq nə deyə bilərsiz?
- Bu məsələni şərh etmək istəmirəm. Erməni mətbuatının nə yazdığı məni maraqlandırmır. Azərbaycan dövləti bütün təminatları verdi. Mxitaryanın şəxsi qərarı idi bura gəlməmək. Heç bir problem görünmürdü.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin