Əliyar Ağayev VAR sertifikatı aldı

Sportarena.az      1 İyun 2018, 11:04

Aprelin 19-dan 26-dək Türkiyənin Antalya şəhərində UEFA tərəfindən “Video Köməkçi Hakim” (VAR) sertifikat turniri keçirilib. 

 

Sportarena.az AFFA-ya istinadən xəbər verir ki, turnirin sonunda setrifikat alan hakim və hakim köməkçilərinin VAR və AVAR texnologiyası tətbiq olunan beynəlxalq oyunlara təyinat ala bilməsi üçün UEFA tərəfindən IFAB-a müraciət edilib və müsbət cavab alıb.
 

Bununla bağlı UEFA-dan AFFA-nın Hakimlər Komitəsinə məlumat daxil olub. Məlumatda bildirilir ki, FIFA referisi Əliyar Ağayev, FIFA referi köməkçiləri Akif Əmirəli və Zeynal Zeynalov VAR və AVAR texnologiyası tətbiq olunan beynəlxalq oyunlara təyinat ala biləcəklər. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin