"Qarabağ" daha bir əcnəbi futbolçu ilə yollarını ayırdı

09:19 4 İyun 2019

"Qarabağ" daha bir əcnəbi futbolçusu ilə yollarını ayırıb.

 

Sportarena.az xəbər verir ki, Donald Gerye Ağdam klubunu tərk edib. Bunu 30 yaşlı yarımmüdafiəçi şəxsi "Instagram" hesabında yazıb.Haitili oyunçu Ağdam təmsilçisinə hər şey üçün təşəkkür etdiyini bildirib. 

 

Donald Gerye 2017-ci ildən "Qarabağ"da çıxış edib. O, 2018/19 mövsümündə 37 rəsmi oyuna çıxaraq 3 qol vurub və 4 məhsuldar ötürmə edib. 

 

Qeyd edək ki, ölkə çempionu daha öncə Yakub Jezniçak, Reynaldo və İnnosent Emeqara ilə də vidalaşıb.  


Xəbər xətti