Azərbaycanlı idmançı Yaponiyada amerikalını məğlub etdi - FOTOLAR + VİDEO

10:45 4 İyun 2019

Azərbaycanlı idmançı Tofiq Musayev (-71 kq) peşəkar karyerasında növbəti qələbəsini qazanıb.

 

Sportarena.az oxu.az-a istinadən xəbər verir ki, o, Yaponiyanın Osaka şəhərində keçirilən “Rizin 16” turnirində amerikalı Daron Kruikşankla qarşılaşıb.

 

Rinqdə MMA qaydaları ilə keçirilən döyüş idmançımızın üstünlüyü şəraitində keçib. Görüşdə hakimlər qələbəni Tofiq Musayevə verib. Bu, Tofiqin 15-ci qələbəsi, ardıcıl isə 11-ci zəfəri olub. Onun rəqibi isə 12-ci dəfə məğlubiyyətlə barışıb.

 

 



Digər xəbərlər

Xəbər xətti