Nikola Yurçeviçin mətbuat konfransının vaxtı açıqlandı

16:00 4 İyun 2019

AÇ-2020-nin seçmə mərhələsində keçiriləcək Azərbaycan - Macarıstan oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və açıq məşqlərin vaxtı açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, hər iki tədbir "Bakcell Arena"da təşkil olunacaq.

 

7 iyun

 

Azərbaycan milli komandası

Saat 18:00. Mətbuat konfransı

Saat 18:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq 

 

Macarıstan milli komandası

Saat 19:15. Mətbuat konfransı

Saat 20:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq 

 

Azərbaycan - Macarıstan oyunu iyunun 8-i, "Bakcell Arena"da baş tutacaq. Oyunun start fiti 20:00-da səslənəcək.


Digər xəbərlər

Xəbər xətti